AZ

Peşə təhsilində qanunvericilik bazasının yenilənməsi nəzərdə tutulur

BAKI, 2 dekabr. TELEQRAF

“Peşə təhsilinə marağın artırılması cəmiyyət üçün əsas hədəflərdən biri olaraq müəyyənləşdirilməlidir. Hal-hazırda 2027–2030-cu illəri əhatə edəcək növbəti Sosial-İqtisadi İnkişaf Proqramının konsepsiyası üzərində işləyirik”.

Teleqraf xəbər verir ki, bunu elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman
Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında deyib.

“2027–2030-cu illərə dair göstərilən istiqamətlər istər peşə təhsili müəssisələrinin sayının artırılması, istər məzmun və keyfiyyətin yenilənməsi, istər adam başına maliyyələşdirmənin genişləndirilməsi, istərsə də yeni peşə təhsil proqramlarının tətbiqi bütün bu məsələlər hazırda müzakirəyə açıqdır. Təkliflərimiz həm hökumətə, həm də ictimaiyyətə təqdim olunub.
Xüsusilə vurğulamaq istəyirəm ki, yəqin ki, yanvar ayından etibarən bu formatda, müxtəlif məkanlarda yenidən sizinlə görüşlərimiz olacaq. Qanunvericilik bazasının yenilənməsi , yeni normativ-hüquqi aktların hazırlanması ilə bağlı təşəbbüslər irəli sürərkən də sizinlə birgə müzakirələr aparmağı vacib hesab edirik”, o qeyd edib.

Seçilən
9
teleqraf.com

1Mənbələr