AZ

Kişi 30 gün telefonuna baxmadı Görün beyninə necə təsir etdi?

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı kontent yaradıcısı Endryu Faynşteyn 30 gün ərzində telefonunu seyfə qoyaraq rəqəmsal detoks eksperimenti keçirdi və beyin skanının nəticələri heyrətamiz oldu.

Lent.az xarici mediaya istinadla xəbər verirki, Faynşteyn bir ay telefonunu seyfə yerləşdirdikdən sonra öz vəziyyətində dramatik dəyişikliklər görüb. Yutub bloqeri eksperimentdən əvvəl və sonra beyin skanı etdirmiş, nəticələr isə beyin aktivliyində nəzərəçarpacaq dəyişikliklər göstərmişdi.

İlk müayinədə nəticələr sevindirici olmayıb. Onun diqqət səviyyəsi ən aşağı göstəricilərdən biri idi. Skan həmçinin neyron aktivliyində disbalansı göstərib: mavi və sarı zonalar həddindən artıq aşağı və ya yüksək aktivlik deməkdir (optimal göstərici - yaşıl).

Bu uyğunsuzluqlar sosial narahatlıq, yuxu və depressiv hallar üçün cavabdeh beyin sahələrində qeydə alınıb. Martfondan həddindən artıq istifadə bu problemləri daha da ağırlaşdıra bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
lent.az

1Mənbələr