AZ

35 yaşında 3 damarı tıxandı və... - Gənclər infarktın hədəfində

Son zamanlar gənc yaşlarda ürək-damar xəstəliyindən ölüm hallarında artım müşahidə olunur. Artıq 30-40 yaş arası şəxslərdə belə ağır ürək-damar problemləri ilə bağlı müraciətlərin artması bu problemin ciddiliyini daha da qabardır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan mütəxəssis-kardioloq Emil Hasilov bildirib ki, bunun səbəbi COVID19 pamdemiyası, pandemiya dövründə stressin artması, bu xəstəliyin vurduğu fəsadlar, gənclərdə zərərli vərdişlərə meylin artması, energetik içkilərin gündəlik həddindən artıq istifadəsi, fiziki idmanla məşğul olmamaq, sosial faktorlar və ən əsası da texnologiyanın inkişafı ilə əlaqədar fiziki aktivliyin əhali arasında ümumi azalmasıdır:

Müsahibimiz təəssüflə qeyd edib ki, gənclər virtual aləmdə real həyatdan daha çox vaxt keçirir. Onun sözlərinə görə, bütün bu faktorlar və sosial amillərin də böyük təsiri nəticəsində ürək xəstəlikləri artmaqda davam edir:

“Təsəvvür edin ki, artıq 20-30 yaşlı piylənmə, şəkərli diabet və arterial hipertenziyalı onlarla gənc müraciət edir".

Emil Hasilov: Düzgün qidalanmmaq infartkta yol açır

Kardioloq vurğulayıb ki, əksəriyyəti də yazılan müalicə və tövsiyyələrə əməl etmirlər. Gənclərdə xolesterin mübadiləsinin pozulması, piylənmə, az hərəkətli həyat tərzi, şəkərli diabet və arterial hipertenziya artıq miokard infarktı, ürək çatışmazlığı, ürək-damar və beyin hadisələrinə (beyin qanaması və ya işemik insult) bağlı ölümün artmasına gətirib çıxarır:

"Gənc pasientlərə tövsiyəm budur ki, çəkinizi azaldın, təzyiqinizi arabir ölçdürün, bu problemlər varsa, həkimə müraciət edin ki, sonra gec olmasın. 35 yaşlı gənc pasient 3 koronar damarın tıxanması və infarkt sonrası ağır ürək çatışmazlığından dünyasını dəyişdi. Bunlar bizə xəbərdarlıqdır! Sağlam həyat tərzinə diqqət edin ki, sağlam yaşayın!"

Zeynəb Rzayeva

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr