AZ

"Azərbaycana turist axının azalması araşdırılmalıdır"

Azərbaycana turist axının azalması araşdırılmalıdır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

"Azərbaycanda gələn il dövlət büdcəsindən beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılacaq. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. ​Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır. ​Hökuməti ötən illə müqayisədə turistlərin sayının azalması narahat etməlidir. Əgər bu ilin 10 ayında ölkəmizə 2 milyon 171 min turist gəlibsə (illik müqayisədə 1,7 % az), bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib (2 dəfə çox). Bunun səbəbləri araşdırılmalıdır", - deyə o qeyd edib.

Seçilən
41
2
publika.az

10Mənbələr