AZ

Yüksək Liqa: 9-cu turun 2 oyununa təyinatlar açıqlandı – ARENA.AZ

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun iki oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərkəzi oyunu FİFA referiləri idarə edəcək.

9-cu tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü isə birincilərin UEFA Çempionlar Liqasının oyununda iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub. Bu görüşün təyinatları daha sonra açıqlanacaq.

Yüksək Liqa
9-cu tur
4 dekabr

Baku Fire – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Lənkəran – Şuşa
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Seçilən
19
6
arena.az

10Mənbələr