AZ

Şahin Məlikov: Şəki aqroturizm mərkəzinə çevrilir

Azvision saytına istinadən ain.az xəbər verir.

Bu sözləri Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov rayonun qış turizm potensialı ilə tanışlıq mövzusunda təşkil olunan media-turda söyləyib. O bildirib ki, Şəki həmçinin aqroturizm və ekoturizm sahələrində də ciddi potensiala malikdir. "Şəkidə fəaliyyət göstərən "Bio Garden" aqro ekoturizm təsərrüfatı bu potensialın bariz nümunəsidir. Bu məkan qurularkən ilin bütün fəsilləri ərzində turistlərin qəbul olunması və xidmətlərdən yararlanması üçün lazımi şərait yaradılıb. Layihənin əsas məqsədi kənd təsərrüfatının turizmə inteqrasiyasıdır". Şahin Məlikovun sözlərinə görə, Şəki Regional Turizm İdarəsinin əhatə etdiyi digər rayonlarda, yəni Oğuz, Qax, Zaqatala və Balakəndə də bu formatda fəaliyyət göstərən xeyli sayda turizm məkanları mövcuddur: "Aqroturizm təsərrüfatları regionu turistlər üçün daha da cəlbedici hala gətirir. Şəki Regional Turizm İdarəsi regiona səfərə gələn turistləri maarifləndirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir, o cümlədən turistik xəritələr işlənib hazırlanır, yerləşmə müəssisələrində qonaqlara daha keyfiyyətli xidmət məqsədilə təlimlər təşkil olunur. Eyni zamanda, regionun turizm potensialının təbliği istiqamətində media-turların təşkili həyata keçirilir. Növbəti illərdə də regionun turizm mərkəzi kimi inkişafı üçün lazımi işlər davam etdiriləcək". AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
azvision.az

1Mənbələr