AZ

“Şəki qış mövsümündə də öz cəlbediciliyini qorumağa davam edir” -

Azərbaycanın şimal-qərb bölgəsinin ən baxımlı və turist axınının yüksək olduğu məkanlarından biri olan Şəki qış mövsümündə də öz cəlbediciliyini qorumağa davam edir. Mədəni irsi, tarixi abidələri və təbiət gözəllikləri ilə seçilən rayon həm yerli, həm də xarici turistlər üçün geniş imkanlar təqdim edir.Metbuat.az xəbər verir ki, bu barədə Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov qış turizmi potensialına həsr olunan media-tur zamanı məlumat verib. O bildirib ki, Şəki yalnız mədəni-tarixi zənginliyi ilə deyil, həm də aqroturizm və ekoturizm sahələrində böyük perspektivlərə malikdir:Rayonda fəaliyyət göstərən “Bio Garden” aqro-ekoturizm təsərrüfatı bu sahədə mövcud imkanların parlaq nümunəsidir.Bu məkan elə layihələndirilib ki, turistlər ilin bütün fəsillərində xidmətlərdən yararlana bilsin. Layihənin əsas məqsədi kənd təsərrüfatını turizmə inteqrasiya etməkdir.Şəki Regional Turizm İdarəsinin əhatə etdiyi digər rayonlarda - Oğuz, Qax, Zaqatala və Balakəndə də bu tip turizm məkanlarının sayı artır. Bu isə regionun turistlər üçün daha da cazibədar olmasına şərait yaradır”.İdarə rəhbəri əlavə edib ki, turistlərin məlumatlandırılması və xidmət keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir:“Turistik xəritələr hazırlanır, yerləşmə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi üçün təlimlər təşkil olunur. Regionun tanıdılması üçün media turlar da mütəmadi keçirilir.

Növbəti illərdə də Şəki və ətraf rayonların turizm mərkəzi kimi inkişafı istiqamətində işlər genişləndiriləcək”.

Seçilən
39
1
metbuat.az

2Mənbələr