AZ

Flaminqolar Mahmudçalada Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Qlobal iqlim dəyişiklikləri çöl quşlarının “köç marşrutları”na ciddi təsir göstərir. 

“Qafqazinfo” xəbər verir ki, bunun ən aydın nümunəsi bu il Biləsuvardakı Mahmudçala ovçuluq təsərrüfatında qeydə alınıb.

Əvvəlki illərdə burada görünməyən flaminqolar bu dəfə böyük sürülərlə əraziyə köç ediblər. Adətən çoxluq təşkil edən ördək və qaşqaldaq kimi çöl quşlarının sayı isə kəskin azalıb.

Ekoloq Nazim Məmmədovun sözlərinə görə, havaların mülayim keçməsi miqrasiyanın vaxtını dəyişdirir:

“Lakin flaminqoların bu qədər erkən və böyük dəstələrlə gəlməsi təkcə hava ilə bağlı deyil. Populyasiya davranışı və su-bataqlıq ərazilərdə qida ehtiyatlarının bolluğu əsas amillərdir.

Magistral yolun yaxınlığında yerləşən təsərrüfatda nadir mənzərə hər kəsin diqqətini çəkir. Flaminqolar bəzən yolun cəmi bir neçə metrliyinə qədər yaxınlaşır. Quşlar sanki qədim köç marşrutlarını bərpa ediblər”.

Qeyd edək ki, 7136 hektar ərazini əhatə edən Mahmudçala Ovçuluq Təsərrüfatı çöl quşlarının qışlama sıxlığına görə Avropada İngiltərə və Niderlanddan sonra üçüncü yerdə qərarlaşır.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
qafqazinfo.az

1Mənbələr