AZ

"Şimal-Qərb regionu Azərbaycanın xüsusi turizm bölgələrindən biridir" - Şahin Məlikov

"Şimal-Qərb regionu Azərbaycanın xüsusi turizm bölgələrindən biridir və biz bu ərazilərdə sahibkarlığın qayğısına qalırıq".

Missiya.Az-ın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında bildirib.

"Şəki həm ölkəmizin, həm də dünyanın mədəniyyət incisidir. Qış mövsümünün başlaması ilə əlaqədar bu ərazilərdə turizmə maraq özünü göstərir. Qafqazda qurulan ilk aqro-təsərrüfatında burada olması ilə ilin bütün fəsillərində xidmətlərdən istifadə edə bilirik. Buradakı meyvələr müxtəlif və keyfiyyətlidir",- deyə o qeyd edib.

Ş.Məlikovun sözlərinə görə, turizm sahələri üzrə keyfiyyətli xidmətin təmin edilməsi üçün müxtəlif xidmət paketləri təqdim edirik. Bu sahədə inkişaf ilə bağlı turların təşkili həm sənaye nümayəndələrinin, həm də dövlət qurumlarının diqqət mərkəzindədir:

"Biz istənilən sahibkara dəstək oluruq və özümüzü sənayenin dostu hesab edirik. İnfoturların təşkili də turizm potensialının artırılmasına mühüm töhfə verir",- deyə turizm rəsmisi əlavə edib.İlahə QənbərliMissiya.Az

Seçilən
73
missiya.az

1Mənbələr