AZ

Agentlik turizm müəssisələrindəki qiymətlərə təsir edə bilməz - RƏSMİ

Dövlət Turizm Agentliyi turizm müəssisələrindəki qiymətlərə təsiretmə mexanizmi yoxdur.

Ölkə.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, DTA turizm müəssisələrindəki qiymətlərə qarışmır: "Düşünürəm ki, bu, düzgün mövqedir. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb və təklifə uyğun formalaşır. Turizm sənayesi inkişaf etdikcə, rəqabətli mühit formalaşdıqca, xidmət keyfiyyəti və qiymətlərlə bağlı dəyişikliklər olacaq. Bizim qiymət məsələsinə hər hansı təsir mexanizmimiz yoxdur".

Mürtəza

Seçilən
19
2
olke.az

5Mənbələr