AZ

33 min dollarlıq boyunbağını uddu...

Yeni Zelandiyanın Oklend şəhərində maraqlı hadisə baş verib. Belə ki, zərgərlik mağazasında 33.585 Yeni Zelandiya dolları dəyərində boyunbağı udmuş ​​şübhəli şəxs həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "Radio Yeni Zelandiya" (RNZ) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, polisə yerli vaxtla saat 15:30 radələrində Oklenddə bir zərgərlik dükanından məlumat daxil olub.

Hadisə yerinə gələn polislər 32 yaşlı şübhəlinin 33.585 Yeni Zelandiya dolları dəyərində boyunbağı udduğunu aşkar ediblər.

Boyunbağı udmuş ​​şübhəli şəxs polis tərəfindən oğurluq şübhəsi ilə saxlanılıb. Yerli rayon məhkəməsində keçirilən dinləmədən sonra şübhəli həbs edilib. Onun növbəti məhkəmə dinləməsinin dekabrın 8-də keçirilməsi gözlənilir.

Boyunbağının 18 karatlıq qızıldan hazırlandığı və 60 ağ brilyant və 15 mavi sapfir ilə bəzədildiyi bildirilir. Boyunbağının içindəki "qızılı ahtapot"un gözləri üçün iki qara brilyantdan istifadə edilib.

Yumurta formalı yaşıl boyunbağı qiymətli daş-qaşlarla bəzədilmiş çiçək motivləri ilə əhatə olunub və ahtapot fiquruna malikdir.

Seçilən
14
ikisahil.az

1Mənbələr