AZ

Şəki mədəni və ekoturizmin mərkəzi kimi mövqelərini möhkəmləndirir

Şəki
Şəki rayonu aqro və ekoturizm istiqamətləri üzrə böyük turizm potensialına malikdir. 1news.az-ın məlumatına görə, bunu jurnalistlərə Şəki Regional Turizm İdarəsinin rəhbəri Şahin Məlikov bildirib.
“Bu rayon şimal-qərb bölgəsinin ən cəlbedici turizm mərkəzlərindən biridir”, – deyə Ş.Məlikov qeyd edib. Onun sözlərinə görə, Şəki həm zəngin mədəni irsi və tarixi abidələri ilə, həm də aqro- və ekoturizmin inkişafı üçün geniş imkanları ilə seçilən regionlardan biridir. Şahin Məlikov vurğulayıb ki, aqroturizm obyektləri Şəki Regional Turizm İdarəsinin əhatə etdiyi Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəal şəkildə inkişaf edir. O əlavə edib ki, aqroturizm təsərrüfatları regionun cəlbediciliyini artıran əsas amillərdən birinə çevrilə bilər.

Faiqə Məmmədova

Seçilən
50
1news.az

1Mənbələr