AZ

Güclü maqnit qasırğası riski var – İnternet və peyklərin işində pozuntular yarana bilər

Bakı. Trend:

Yer kürəsində hazırda peyklərin, internetin və elektrikşəbəkələrinin işində nasazlıqlara səbəb ola biləcək maqnitqasırğası riski mövcuddur.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hazırda Günəşdə 1859-cu ildə astronom RiçardKerrinqton tərəfindən qeydə alınmış iri bir ləkə müşahidəolunur.

1859-cu ilin sentyabrında Yer tarixdə qeydə alınmış ən güclügünəş qasırğalarından biri ilə üzləşmişdi. Şimal işıqları bütündünyada, hətta Karib hövzəsi, Bahama və Havay adaları üzərində beləmüşahidə olunmuşdu. Avropa və Şimali Amerikada teleqraf sistemlərisıradan çıxmış, bir çox stansiyalar yanmışdı.

Mütəxəssislər qeyd ediblər ki, hazırda Günəşdə iki günəş ləkəsimüşahidə olunub, lakin onlar bir-birinə o qədər yaxındır ki, nəhəngbir ləkə kimi görünür. Onların yaxın yerləşməsi güclü alışmalarınehtimalını artırır.

Ehtimallara əsasən, intensivliyinə görə “Kerrington hadisəsi"nəbərabər ola biləcək maqnit qasırğası zamanı peyklərin, internetinvə elektrik şəbəkələrinin işində nasazlıqlar yarana bilər.

Məqalədə:
Seçilən
24
1
az.trend.az

2Mənbələr