AZ

Mbappe: “Bu, nəzərdə tutmadığımız, tam fərqli nəticədir” – ARENA.AZ

“Real”ın fransalı hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 14-cü turu çərçivəsində autsayder “Jirona”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Madrid nəhəngi autsayderlə səfər oyununda 1:1 hesablı heç-heçə ilə barışmalı olub.

“Qaymaqlılar”ın fransalı ulduz hücumçusu bu oyunla bağlı fikirlərini belə ifadə edib:

“Bu, nəzərdə tutmadığımız, tamamilə fərqli bir nəticədir. Amma çempionatın qızğın çağıdır, qarşıda çoxlu oyun var. Nəyə qadir olduğumuzu göstərməliyik”, deyə Mbappe vurğulayıb.

“Jirona”nın argentinalı qapıçısı Paulo Qassaniqa da “Real”a qarşı ev oyununda 1:1 hesablı heç-heçəni şərh edib:

“Biz üç xal qazanmaq istəyirdik. Aydın idi ki, bu gün komandamız qələbəyə oynayır. Biz “Real”dan daha çox məqam yaratdıq, amma belə bir səviyyəli rəqibə qarşı heç-heçə də yaxşı nəticədir”, deyə Qassaniqa vurğulayıb.

Qeyd edək ki, bu nəticə Madrid klubunun rəhbərliyində ciddi narazlıq və narahatlıq doğurub. Vurğulanır ki, “qaymaqlılar”ın baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso qovulma təhlükəsi ilə üz-üzə qalıb. Bununla belə, Alonsoya sınaq müddəti veriləcək ki, “Real”ı dirçəldə bilsin.

Seçilən
68
6
arena.az

10Mənbələr