AZ

Türkiyəyə gedərkən buna diqqət edin Qəfil ölə bilərsiniz

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulda Böcek ailəsinin oteldə fosin qazından zəhərlənərək həyatını itirməsi Türkiyədə turizm sektoru ilə bağlı bəzi müzakirələrə yol açdı.

Qeyd edək ki, Böcek ailəsinin ölümü ilə bağlı İstanbul Baş Prokurorluğuna təqdim edilən autopsiya hesabatında oteldən götürülmüş dəsmallar, maskalar və otağın müxtəlif yerlərindən alınmış nümunələrdə “fosfin” maddəsi (həşəratlara qarşı dərman) aşkar edildiyi bildirildi. Alüminium fosfid bərk halda olub su və ya nəmlə reaksiyaya girdikdə yüksək zəhərliyə malik “fosfin” (PH₃) qazı buraxan pestisid növüdür. Zəhərlənmə halları əsasən dərmanlamanın aparıldığı ərazilərin kifayət qədər havalandırılmaması səbəbindən baş verir.

Globalinfo.az-a danışan Türkiyədə Səhiyyə Turizmi Konfederasiyasının (SATKOF) sədri Prof. Dr. Aysun Bay deyib ki, Almaniyadan gələn Türkiyə vətəndaşları Böcek ailəsini alüminium zəhərlənməsi səbəbindən itirdik və bu, bütün dünyanı sarsıdan bir hadisə idi.

Onun sözlərinə görə, bu hadisədən sonra hər kəs Türkiyədə turizm sahəsində problemlərin olub-olmadığı, otellərdəki qidalanma ilə maraqlanır:

“Yadınızdadırsa, əvvəllər mis qazanlarda yemək yeyirdik. Mis qazanların zəhərli olduğu deyildi və buna görə indi muzey əsərlərinə çevrilib. Alüminiumdan istifadə etməyə başlamışıq. Otel mətbəxlərində alüminiumdan hazırlanmış böyük qazanlar var.

Aysun Bay

Bu alüminium qazanlar müəyyən dərəcədə oksidləşməyə məruz qaldıqda və müəyyən qidalar uzun müddət qaldıqda zəhərli ola bilər. Otellərdə “açıq bufet”lərdə yeməkdən zövq almaq olmur, gözləriniz doysa da, mədəniz doymur. Sonra sirri öyrəndik. Otel aşpazı bir gün əvvəldən qalan yeməkləri ertəsi gün bu və ya digər şəkildə süfrəyə verir. Bu da qida zəhərlənməsinə səbəb olur”.

Ekspert bildirib ki, bu cür halların qarşısını almaq üçün yoxlamaların sayı artırılmalı və audit hesabatları müvafiq qurumla paylaşıldıqda lazımi xəbərdarlıqlar edilməlidir:

“Bu cür müəssisələr barədə sərt tədbirlər görmək lazımdır. Türkiyəyə gələn canımız və qanımızdan olan turistlərimizə göz bəbəyimiz kimi qayğı göstərsək də, bu sahədə problemlərin olduğunu görürük.

Xəstəxanalarımız da eyni vəziyyətdədir. Bizim müəyyən mənada ən çox reklam olunan sahələrimiz xəstəxana və otellərdir. Boluda otel yanğınının səbəbi mətbəxdən qaynaqlanmışdı və çox sayda insan orada dəhşət yaşadı. Çoxlu sayda insan səbəbsiz yerə zəlzələdə öldü. Tikintidə yol verilən yanlışlar, bir şəhərin və ya insan sağlamlığının simulyasiyası səbəbindən yaşadığımız travmalar ölkə miqyasında milli hisslərimizi daha çox önə çıxarır. Buna görə də, belə vəziyyətlərdə ehtiyatı əldən verməyəcəyik”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr