AZ

Arda Turanı söydülər, özündən çıxdı FOTO

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Şaxtyor”un baş məşqçisi Arda Turan "Krivbas" matçında özündən çıxıb. Turanın rəqib komandanın məşqçilər korpusu ilə mübahisəsi matça damğa vurub.

Metbuat.az xəbər verir ki, Ukrayna çempionatının 14-cü həftəsində “Şaxtyor” “Krivbas”la qarşı-qarşıya gəlib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

İkinci yarıda Arda rəqib komandanın məşqçi heyəti ilə üz-üzə gəlib. 47-ci dəqiqədə rəqibin üzərinə gedən Arda sarı kart görüb.

Arda Turan matçdan sonra hadisə ilə bağlı açıqlama verib. O, həmin vaxt əsəbi olduğunu bildirib: “İnsan emosiyalarını cilovlamağı bacarmalıdır. Amma ailə və ya sevdiklərinizlə bağlı pis sözlər deyiləndə, onlar söyüləndə özünü saxlaya bilmirsən. Etdiyim hərəkətə görə peşman deyiləm”.

Qeyd edək ki, Arda Turanın ötən gün dördüncü dəfə sarı vərəqə aldığı üçün növbəti həftə baş tutacaq “Kolos”la oyunda komandasının başında ola bilməyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
metbuat.az

2Mənbələr