AZ

Almaniya ordusuna məxsus patronlar yük maşınından oğurlandı

Naməlum şəxslər Burq şəhəri yaxınlığında mülki yük maşınından Almaniya Silahlı Qüvvələri üçün nəzərdə tutulan azı 20 min patronu oğurlayıblar.

Avtosfer.az "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, yerli nəqliyyat şirkətindən sursat daşımaq üçün icarəyə götürülən yük maşınından edilən oğurluğun üstü bir gün sonra açılıb.

Maşın Bundesverin kazarmalarından birinə çatanda məlum olub ki, sursat yoxa çıxıb.

Oğurluq faktını Almaniya Müdafiə Nazirliyi də təsdiqləyib və hadisəni çox təhlükəli adlandırıb.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr