Almaniyanın Saksoniya-Anhalt əyalətinin Burq şəhəri yaxınlığında bir gecə ərzində yük maşınından təxminən 20 min sursat oğurlanıb.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oğurlanan sursatlar arasında 10 min tapança sursatı və 9900 hücum tüfəngi təlim sursatı var.
Müdafiə Nazirliyinin sözçüsü bunu böyük təhlükəsizlik hadisəsi kimi təsvir edib: "Bu tip sursatın səhv əllərə düşməsinə icazə verilməməlidir. Biz bu hadisəni son dərəcə ciddi qəbul edirik".
Məlum olub ki, sursatın daimi nəzarətindən məsul şəxs ərazini nəzarətsiz qoyaraq gecəni hoteldə keçirib. Oğruların həmin vaxt seyfi sındıraraq sursatı oğurladıqları güman edilir.