AZ

“Lukoil” ən böyük xarici aktivini itirir - İraq Rusiya şirkətini qovur

“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir:

Bu barədə Avtosfer.az-in sorğusuna cavab olaraq QSC-dən bildirilib.

Qeyd edilib ki, qurumda aparılmış səmərəlilik qiymətləndirmələri nəticəsində metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin, o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin, bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib:

"Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq, resursları birbaşa sərnişindaşıma təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətlərin kənar ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməsi barədə qərar qəbul olunub. Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum tərəfindən bir sıra addımlar atılıb. Bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tənzimlənəcək. Bu əməkdaşlar üçün bəzi seçimlər də təklif olunub - xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq, “Bakı Metropoliteni” QSC-də mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi və qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi".

“Bakı Metropoliteni” bütün prosesləri şəffaflıqla, sosial məsuliyyət prinsipinə və əməkdaşların hüquqlarının qorunmasına tam riayət etməklə həyata keçirir. Təsdiqlənmiş məlumatlar yalnız qurumun rəsmi kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, media resurslarında son dövrlər "Bakı Metropoliteni" QSC-də işçilərin ixtisar edilməsi ilə bağlı məlumatlar yayılıb.

Seçilən
13
avtosfer.az

1Mənbələr