“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 1:1 hesablı heç-heçə ilə başa çatan “Real Madrid” və “Jirona” arasındakı matçı izləmədiyini etiraf edib.
İdman.Biz-in məlumatına görə, alman məşqçi diqqətini tamamilə komandasının hazırlıqlarına yönəltdiyini vurğulayıb.
“Görmədim. Mənə mesajlar göndərildi, ondan sonra bildim ki, nəsə baş verib. Oyandığımda ən yaxşı anları seyr elədim. Mən sadəcə, diqqətimi öz komandama yönəltmişəm”, - “Mundo Deportivo” Flikdən sitat gətirib.
“Real Madrid”in “Jirona” ilə oyununun nəticəsi Kataloniya klubuna turnir cədvəlində birinci yerə yüksəlməyə imkan verib. “Blaugrana” “Real Madrid”i bir xalla üstələyib.