Bakı. Trend:
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlərnazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol idarəsininbaş direktoru Əli Əkbər Nəzəri və Avrasiya idarəsinin baş direktoruMənuçehr Muradi ilə görüşüb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizin Təbrizdəkiyeni baş konsulu Taleh Zöhrabov onlara təqdim edilib. Görüşdə,həmçinin ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuranməsələlərə dair fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, Taleh Zöhrabov konsul patentini Əli ƏkbərNəzəriyə təqdim edib.