Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp braziliyalı həmkarı Luis İnasiu Lulada Silva ilə telefon danışığında Braziliya mallarına tətbiq edilənrüsumları müzakirə edib.
Trend-inməlumatına görə, bunu amerikalı lider Ağ Evdə jurnalistlərəaçıqlamasında bildirib.
"Bəli, gözəl söhbətimiz oldu. Ticarətdən, sanksiyalardandanışdıq. Çünki bildiyiniz kimi, mən baş verən müəyyən hadisələrləbağlı sanksiyalar tətbiq etmişəm. Amma çox gözəl söhbətimiz oldu.Mən bundan həzz aldım", – Tramp deyib.
Braziliya tərəfi də çərşənbə axşamı danışıqla bağlı məlumatyayıb. Məlumata əsasən, Lula da Silva ABŞ-nin ət, qəhvə və meyvəkimi bəzi Braziliya məhsullarına tətbiq etdiyi əlavə 40 faizlikgömrük rüsumunu ləğv etməsi qərarını müsbət qiymətləndirib. Ohəmçinin qeyd edib ki, ölkələr tariflərə tabe olan digər malları damüzakirə etməlidirlər və Braziliya bu mövzu ilə bağlı danışıqlaramümkün qədər tez başlamağa hazırdır.