AZ

Tramp Lula da Silva ilə ticari əlaqələri müzakirə edib

BAKI, 3 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə telefon danışığı zamanı ticarət, rüsumlar və cinayətkarlığa qarşı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.

"Biz Braziliya prezidenti Lulla ilə çox məhsuldar telefon danışığı apardıq. Müzakirələr zamanı ticarət, təşkil olunmuş cinayətkarlığa qarşı əməkdaşlıq imkanları, müxtəlif braziliyalı rəsmi şəxslərə tətbiq edilmiş sanksiyalar, rüsumlar və digər məsələlər əhatə olundu," - o bildirib.

O, həmçinin qeyd edib ki, bu danışıqlar yaxşı dialoq və uzunmüddətli razılıq üçün əsas qoyub.

"Onunla tezliklə görüşüb danışmağı səbirsizliklə gözləyirəm. Bu yeni tərəfdaşlıq bir çox fayda gətirəcək" - Tramp əlavə edib.

Braziliya tərəfi isə bildirib ki, Lula da Silva ABŞ rüsumlarının qalan hissəsinin ləğvi ilə bağlı danışıqların davam etməsini istəyib.

Seçilən
46
teleqraf.com

1Mənbələr