AZ

"Elmin populyarlaşdırılmasının saytı yaradılmalıdır" -Etibar Əliyevdən TƏKLİF

"Elmin populyarlaşdırılmasının saytı yaradılmalıdır".

Redaktor.az xəbər verir ki, UNEC Elmin popularlaşdırılması mərkəzinin rəhbəri Etibar Əliyev "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada bu təkliflə çıxış edib.

"Elmlə məşğul olan insanlara bir şəxsin adını çəkmək istəyirəm. Bu şəxs Brokmandır. Bütün dünyada elmi populyarlaşdırır. 50 milyon izləyicisi var. O, nə edir? O, bütün Nobelçilərə, Fields mükafatçılarına deyir ki, öz sahənizdə ən qısa elmi esselər yazın. Elmi esselər yazılmalıdır. Bu janr bizdə yoxdur. Hər bir elm sahəsi üzrə ən faydalı, elmi populyarlaşdıran Nobelçilər və Fields riyaziyyat mükafatçıları, kimyaçıların əsərləri tərcümə olunmalıdır. Mən Zahid bəyə təşəkkür edirəm. Zahid bəy sosiologiya elmini populyarlaşdırdı. Entoni Giddensin sosiologiya lüğətini tərcümə etməklə sosiologiyanı populyarlaşdırdı. Lüğətdən bəlkə də 50 il istifadə etmək olar. Çünki onu Entoni Giddens tərtib edib".

Onun sözlərinə görə, fənlərarası elmin fəlsəfəsi tələbələrə başa salınmalıdır:

"Bu da elmin populyarlaşdırılmasına doğru gedən yoldur. Universitetlərdə elmin populyarlaşdırılmasına dair xüsusi kitabxana rəfləri yaradılmalıdır. Bu təkliflər, bilmirəm, həyata keçirilə bilər ya yox. Biz mərkəzdə bunları həyata keçirməyə çalışırıq. Yuxarı sinif şagirdləri və tələbələr üçün mütaliə klubu yaratmaq lazımdır. Elmin populyarlaşdırılmasını təşviq etmək lazımdır".

Aytəkin TOFİQQIZI

22
Seçilən
57
1
redaktor.az

2Mənbələr