AZ

Paşinyandan Qarabağ açıqlaması: Sizdən böyük xəyanətkar yoxdur

Ermənistan Baş naziri Nikol Paşinyan dünən hökumət tərəfindən yayımlanan Qarabağ danışıqlarına dair paketlə bağlı fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Danışıqlar paketi yayımlandı, indi isə eyni, köhnəlmiş narrativlər səslənir. Mən bir şeyi deyim: müxalifət danışıqlar prosesi barədə nə deyir-desin, hörmətli dostlar, 30 ildən artıq hakimiyyətdə olmuşdunuz, belə fürsətlər var idisə, niyə həll etmədiniz? Həqiqətən də, müxalifətin dediyi kimi, Ermənistanın maraqlarına uyğun həll imkanı var idisə, niyə etmədiniz?”, - Paşinyan vurğulayıb.

Həmçinin, baş nazir 2019-cu il sənədinə toxunaraq qeyd edib:

“İndi bizi niyə xəyanətkar adlandırırsınız? Sizdən (Robert Köçəryan və Serj Sərkisyan) böyük xəyanətkar yoxdur. Bütün bunlar sadəcə manipulyasiya idi”.

Seçilən
6
teleqraf.com

1Mənbələr