AZ

Beyin mərkəzlərinin, akademik elmin və universitetlərin vəzifələri müzakirə edilib

BAKI, 3 dekabr. TELEQERAF

Sosial Tədqiqatlar Mərkəzində Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti geniş şəkildə müzakirə olunub.

Dəyirmi masanı giriş sözü ilə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc açıb. O bildirib ki, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün parlaq səlnaməsini, Zəfər ruhunu alimlərimizlə bölüşmək, qalibiyyətimizi gələcək elmi hədəflərimizə yönəltmək məqsədinə xidmət edirdi.

Tədbirdə AMEA-nın 80 illik fəaliyyəti də qiymətləndirilib. Qeyd olunub ki, Akademiya Azərbaycanın elmi inkişafında aparıcı rol oynayıb. Ulu öndər Heydər Əliyev alimləri həmişə dəstəkləyib, Akademiyanın fəaliyyətini təkmilləşdirmiş və yeni elmi-tədqiqat institutları yaratmışdır.

Tədbirdə şş Prezident İlham Əliyevin postmüharibə dövründə texnoloji inkişafın vacibliyini vurğulaması da geniş müzakirə olunub.

Tədbirdə iştirakçılar qeyd ediblər ki, Prezidentin müəyyən etdiyi strateji istiqamətlər Azərbaycanın elmi potensialını gücləndirir. Bu istiqamətlər gənc tədqiqatçılar, universitet professorları və akademiklərin fəaliyyətində əsas prioritet olmalıdır.

Tədbirin sonunda elmi fəaliyyətin gənc tədqiqatçılar üçün həm bilik mənbəyi, həm də milli inkişafın aparıcı dayağı olduğu vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Prezident İlham Əliyevin elm adamlarına ünvanlanan çıxışı bütün tədqiqatçılar üçün daim istinad nöqtəsi olmalıdır.

Seçilən
82
teleqraf.com

1Mənbələr