Fanat saytına istinadən ain.az xəbər verir.
"Real Madrid"in və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder gələn il keçirələcək futbol üzrə dünya çempionatının (DÇ-2026) favoritlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:
"Portuqaliya, İspaniya, Fransa və Braziliya. İngiltərənin adını çəkmədim, amma rəqabət indi çox yüksəkdir. Ağlasığmaz mundial olacaq. İngiltərənin də inanılmaz heyəti var. Niderlandın da həmçinin. Ancaq yarımfinal üçün dörd komanda seçməliyəm. Düşünürəm ki, orada İngiltərə və Argentina kimi millilər də yer ala bilərlər. Almaniyanın da yarımfinala çıxması mümkündür".
Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Əvvəlki mundialın qalibi Argentina millisidir.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.