Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bəhreyn vəKüyevtlə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi vəqarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsini müzakirəedilib.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF)İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndəheyəti Bəhreyn Krallığına və Küveyt Dövlətinə işgüzar səfər edib.Səfərin əsas məqsədi suveren fondlar, dövlət qurumları və stratejisektorların rəhbərləri ilə keçirilən yüksək səviyyəli görüşlərvasitəsilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi vəqarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi olub.
Nümayəndə heyəti Bəhreynin suveren investisiya fondu olan“Mumtalakat”ın baş icraçı direktoru Şeyx Abdulla bin Xəlifə AlXəlifə ilə görüşüb. Tərəflər qlobal investisiya mühitində mövcudtrendlər, portfel şaxələndirilməsi və qarşılıqlı maraq doğuran yenibazarlara çıxış imkanlarını müzakirə ediblər.
ARDNF nümayəndələrinin daha sonra Bəhreyn Krallığının Maliyyə vəMilli İqtisadiyyat naziri, Şeyx Salman bin Xəlifə Al Xəlifə iləkeçirilən görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıqpotensialı, suveren fondların rolunun artırılması və regionalinvestisiya axınlarının genişləndirilməsi məsələləri diqqətmərkəzində olub.
Səfərin Bəhreyn hissəsi çərçivəsində nümayəndə heyəti Bəhreynİqtisadi İnkişaf Şurasının (EDB) baş icraçı direktoru, Dayanıqlıİnkişaf üzrə naziri Nur bint Əli Alxulaif ilə görüşüb. Tərəflərrəqəmsal iqtisadiyyat, dayanıqlı maliyyə yanaşmaları və innovativinvestisiya təşəbbüsləri üzrə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Bəhreynin dövlətdaşınmaz əmlak şirkəti olan “Edamah” şirkətinin baş icraçıdirektoru Xalid Al Məcid, “Premier Group” rəhbərliyi, eləcə də“Bapco Energies” şirkətinin baş icraçı direktoru Mark Tomas iləgörüşlər keçirib.
Səfərin Küveyt proqramı çərçivəsində nümayəndə heyəti ölkəninsuveren investisiya fondu olan Küveyt İnvestisiya Təşkilatının başdirektoru Şeyx Saud Al Sabah və Sosial Təminat üzrə DövlətTəşkilatının (PIFSS) rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdəqlobal kapitalların idarə olunması, institusional tərəfdaşlığıngenişləndirilməsi, regional investisiya trendləri və uzunmüddətliinvestisiya strategiyaları müzakirə edilib.
Nümayəndə heyəti həmçinin Küveyt Birbaşa İnvestisiyalarınTəşviqi İdarəsinin (KDIPA) baş direktoru Dr. Məşal Cabir Al-ƏhmədAl-Sabah ilə görüşərək sərmayə təşviqi, biznes mühitinin inkişafıvə qarşılıqlı iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirib,eləcə də bir sıra özəl sektor təmsilçiləri ilə regional bazarlardamövcud trendlər və potensial əməkdaşlıq istiqamətləri barədəmüzakirələr aparıb.