Qazaxıstan Parlamentinin aşağı palatası olan Məclis ictimai yerlərdə üzü tamamilə örtən geyim geyinməyə görə təxminən 80 dollar cərimə tətbiq edən "Hüquq pozuntularının qarşısının alınması haqqında" yeni qanun qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Parlamentin "Telegram" kanalında məlumat verilib.
"İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ictimai yerlərdə üzü örtən və onun tanınmasına mane olan geyim (niqab) geyinməyə görə inzibati məsuliyyət tətbiq edir. İlk dəfə xətaya görə xəbərdarlıq, təkrar xətaya görə isə 10 AEK (77 dollardan çox - redaktorun qeydi) cərimə tətbiq olunacaq", deyə bəyanatda bildirilir.