AZ

Ohanyanın ölkədən çıxış qadağası ləğv edildi

Ermənistanın Antikorrupsiya Məhkəməsi sabiq müdafiə naziri Seyran Ohanyana ölkədən çıxış qadağasını ləğv edib. Qərar vəkilin müraciəti əsasında qəbul olunub.

Musavat.com xəbər verir ki, Ohanyana qarşı iş 2010–2015-ci illərdə dövlət torpaqlarının mənimsənilməsi iddiası ilə bağlı davam edir. Qadağanın götürülməsi yalnız onun ölkəni tərk etməsinə imkan verir, cinayət işi isə qüvvədə qalır.

Müxalif “Ermənistan” fraksiyasının rəhbəri olan Ohanyana indi istintaqdan yayınmamaq şərti ilə sərbəst şəkildə səyahət etmək imkanı yaradılıb.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr