AZ

Azərbaycanın Təbrizdəki yeni baş konsulu fəaliyyətə başladı

Azərbaycandan Təbrizə təyin olunan yeni Baş konsul Taleh Zöhrabov rəsmi şəkildə diplomatik fəaliyyətinə başlayıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Azad İran teleqram kanalı yayıb.

Bildirilib ki, Taleh Zöhrabovun fəaliyyətə başlaması İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirilən görüşdən sonra rəsmən açıqlanıb. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ticarət və mədəniyyət sahələrində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, yeni təyinatla əlaqədar olaraq Azərbaycanın əvvəlki Təbriz Baş konsulu Əliyənnağı Hüseynov geri çağırılıb.

Musavat.com

Seçilən
23
3
musavat.com

4Mənbələr