Teymur Mehdiyevin vəzifədən azad edilməsindən sonra “çevriliş planı” ilə bağlı istintaqa çağırılması gözlənilir; atasının 50 nəfərlik Dövlət Şurasında onun da adı varmı?
Sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilməsindən sonra ikincinin istintaqa çağırılması gözlənilir. Tribuna.az məlumat verir ki, Teymur Mehdiyev həm atasının işi üzrə dindirilə, həm də vəzifədə olduğu dövrdə korrupsiyaya bulaşması təftiş oluna bilər. Niyə?
Ona görə ki, atasının hakimiyyəti zorla ələ keçirmə planları haqda məlumatı olmamış deyil. Hətta 50 nəfərlik Dövlət Şurasında onun da yer aldığı istisna edilmir. Bunu isə istintaq üzə çıxaracaq. Həmçinin Mehdiyevin oğlunun biznes şəbəkəsi və topladığı sərvətin araşdırılması gündəmdədir.
Məsələn, Mehdiyevlərə aid “Bank BTB” ASC-nin ləğvi və ya rəhbərliyində dəyişiklik gündəmə gəlib. Bank sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu nazir müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağandır. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. “Bank BTB” həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.
Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.