AZ

Şəmkirdə baş verən yol qəzasında 12 nəfər xəsarət alıb

Şəmkir, 4 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şəmkirdə “Mercedes” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində 12 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, zərərçəkənlərə rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir. Yevlaxdan Şəmkirdəki istixanaya işçi daşıyan mikroavtobusda 20-dən çox sərnişin olub.

Seçilən
28
1
azertag.az

2Mənbələr