AZ

Şəmkirdə işçi daşıyan mikroavtobus aşıb, 12 nəfər xəsarət alıb

Şəmkirdə “Mercedes” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində 12 nəfər xəsarət alıb. Bu barədə yerli mətbuat yazıb. 

Hadisə zamanı mikroavtobusda 20-dən çox sərnişin olduğu bildirilib. Yaralıların hamısı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilir. Yaralıların vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsi Yevlaxdan Şəmkirdə yerləşən istixanaya işçiləri daşıyırmış. Hadisənin səbəbi araşdırılır.

Seçilən
24
anews.az

1Mənbələr