AZ

İsrailin “Eurovision” mahnı müsabiqəsindəki aqibəti müzakirəyə çıxarılacaq

Bakı. Trend:

İsrailin “Eurovision” Mahnı Müsabiqəsindəki gələcək aqibətiCenevrədə iki gün davam edəcək iclasda (4-5 dekabr) müzakirəolunacaq.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Times of Israel” nəşrinin yazdığına görə, Qəzzada keçirilmişhərbi əməliyyata görə, bəzi ölkələrdə İsrailin müsabiqədənkənarlaşdırılmasını tələb edir.

Son aylarda İslandiya, İrlandiya, İspaniya və Niderland kimiölkələr 2026-cı il müsabiqəsində İsrail iştirak edəcəyi haldayarışdan çıxacaqları barədə xəbərdarlıq ediblər.

Belçika, Finlandiya və İsveç də daxil olmaqla digər ölkələrQəzzadakı vəziyyəti ilə əlaqədar boykotu nəzərdən keçirdiklərinibildirib.

Mahnı müsabiqəsinə ev sahibliyi edən Avstriya isə əksinə İsrailəgüclü dəstək ifadə edib və onun “Eurovision” da qalmasınıistəyir.

Müsabiqənin təşkilatçısı olan Avropa Yayım İttifaqı (EBU)məsələni hələ noyabr ayında üzvlərin səsverməsinə çıxarmağıplanlaşdırırdı. Lakin İsrail və HƏMAS arasında Qəzzada 10 oktyabrdaelan olunan atəşkəs razılaşmasından bir neçə gün sonra EBUmüzakirələrin dekabrın 4-5-ə qədər ertələnməsinə qərar verdi.

Məqalədə:
Seçilən
30
24
az.trend.az

10Mənbələr