AZ

“Avropanın bizim pulları oğurlaması müharibə deməkdir” –Medvedev hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev Avropa Birliyini hədələyib. 

AzPost bildirir ki, Medvedev Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunmasının Avropaya baha başa gələcəyini vurğulayıb.

“Əgər bu ağılsız Avropa Birliyi  “təzminat krediti” naminə dondurulmuş Rusiya aktivlərini oğurlayırsa, biz bunu Brussel üçün casus belli (müharibə üçün bəhanə) kimi qəbul edə bilərik. O zaman bu vəsait məhkəmədə deyil, Rusiyanın məğlub düşmənləri tərəfindən ödənilən faktiki təzminatlar şəklində geri qaytarılmalı ola bilər”-deyə Medvedev qeyd edib.

 

AzPost.az

Seçilən
5
azpost.info

1Mənbələr