Bakı. Trend:
Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdətəqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə sonuncu məhkəməiclası baş tutub.
Trend xəbərverir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəhökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətəazadlıqdan məhrum edilib.
Qeyd edə ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllıqəsəbəsində baş verib. Fərid Bağırıov küçədə qayınatası HüseynƏhmədov və arvadı Əfsanə Bağırovaya vintaçanla xəsarət yetirib.
Təqsirləndirilən Fərid Bağırov Cinayət Məcəlləsinin 29.120.1-ci(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.