AZ

Goranboyda qardaş qonşudan hamilə qalan bacısını öldürmək istədi

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman qısqanclıq zəminində 1987-ci il təvəllüdlü bacısı Almazı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, bacısının kənddə Telmanla münasibətdə olduğunu və hamilə qaldığını öyrənib.

Bu il mayın 31-də gecəyarısı işlədiyi Ağdam rayonundan Goranboyun kəndinə, Almazın yaşadığı evə gəlib, həyətdən evi müşahidə edib. Səhər saatlarınadək ağaclıqda gözləyib, anası İlhamənin və Almazın uşaqlarının evdən çıxdığını gördükdə bacısının evdə tək qaldığına əmin olub.

Saat 6 radələrində Fərman evə daxil olub, dəhlizdəki dolabdan bıçaq götürüb. Sonra bacısının yatdığı otağa girib, hamilə olduğunu bildiyi halda bıçaqla ona bir zərbə endirib.

Ancaq bıçağın daxilə nüfuz etmədiyini görüb, Almazın yalvarışlarına məhəl qoymadan onun saçından tutaraq boğaz nahiyəsinə iki ardıcıl zərbə endirib.

Seçilən
38
publika.az

1Mənbələr