AZ

FİF əl qoydu, “Flyblast” yola gəldi! - “Şəki”nin vəziyyəti düzələcək?

Artıq bir aydı “Şəki”də ciddi maliyyə problemləri yaşanır. Buna görə də komanda nə maaş ala, nə də məşq edə bilir.

İki gün əvvəl həm klub rəhbərliyi ilə, həm də sponsor “Flyblast”ın təsisçisi ilə əlaqə saxladıq. Belə görünürdü ki, bu işbirliyi davam etməyəcək.
Bəs Futbol İnkişafFondu (FİF) məsələyə necə yanaşır? Mövzud durumdan xəbərdardımı? Komandaya kömək etmək ehtimalı varmı?
FİF-in icraçı direktoru Tural Piriyev “Football-plus.az”a bunları dedi:
“Bəli, məlumatlıyıq. Sponsor cəlb olunması ilə biz məşğul olmasaq da, sponsorla razılaşma zamanı bizə müraciət etdilər, müqavilənin hazırlanmasına kömək etdik. Problemlər çıxandan sonra məsələyə müdaxilə etdik, tərəflərlə görüşdük, danışıqlar apardıq. İndiki durum odu ki, sponsor geri çəkilməyib, öhdəliklərini yerinə yetirir. Müqavilə müddətində də yerinə yetirəcək. Sponsora görə “Şəki”də büdcə artıb. Sponsor gələcəkdə davam etməsə, maliyyə sabitliyi pozulacaq. Hazırda bunun həlli üçün çalışırıq. Məsələ nəzarətimzdədi, prosesin içindəyik. Müqavilə səhv etmirəmsə, 6 ay+4 illikdi. Sponsor artıq öhdəlikləri boynuna götürüb”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
22
1
football-plus.az

2Mənbələr