AZ

Şəmkirdə qəzada xəsarət alanlardan 11 i evə buraxıldı YENİLƏNİB

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Rayon Mərkəzi Xəstəxanasından "Unikal"a verilən məlumata görə, bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

*** 10:14

Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

*** 09:00

Şəmkirdə mikroavtobus aıb.

"Unikal"ın məlumatına görə, hadisə Seyfəli yolu yaxınlığında baş verib.

Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda 23 nəfər sərnişin olub. Onlar Yevlaxdan Şəmkirdə istixanaya işləməyə gedənlər imiş. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
unikal.az

1Mənbələr