Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Avropa İttifaqına məxsus “Raiffeisen Bank International” 2025-ci ilin üçüncü rübündə 847 milyon avro həcmində təmiz mənfəət əldə edib.
“AzPolitika” xəbər verir ki, bu mənfəətin də 319 milyonluq hissəsi (və ya 38%-i) Rusiya filialının payına düşüb.
Artıq neçə müddətdir ki, “Raiffeisen Bank” Rusiyadaki filialını “bağlayır”, amma buna baxmayaraq qazanmağa davam edir. Hesabatda qeyd olunan məlumata görə bu qazancın əsas səbəbi Mərkəzi Bankın tətbiq etdiyi uçot dərəcəsidir. Yəni Rusiya Mərkəzi Bankının fəaliyyəti nəticəsində Avropa İttifaqına daxil olan ölkəyə məxsus bank qazanır.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.