Azərbaycan inkişafında əhəmiyyətli bir onilliyə daxil olur. Bu mərhələdə yaşıl iqtisadiyyat, enerji transformasiyası və iqlimə davamlılıq ölkənin əsas strateji istoqamətlərinə çevrilib. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Asiya İnkişaf Bankı (AİB) ilə əməkdaşlığı çərçivəsində dekarbonizasiya layihəsinin təqdimatında AİB-in Azərbaycandakı direktoru Sunniya Durrani-Camal bildirib.
“Bu gün keçirilən seminar sadəcə texniki müzakirə xarakteri daşımır, eyni zamanda Azərbaycanın nəqliyyat sektorunun aşağı karbonlu inkişaf yolunda ön sırada yer almasının bir hissəsidir”, – Durrani-Camal qeyd edib.
Aytac Zeynalova