AZ

İnformasiya təhlükəsizliyi və media ekosisteminin gücləndirilməsi dövlətin strateji prioritetidir - MEDİA rəsmisi

Bakı. Trend:

İnformasiya təhlükəsizliyinin təmin olunması və bu istiqamətdəmedia ekosisteminin gücləndirilməsi hal-hazırkı dövrdə həmcəmiyyət, həm də dövlət üçün həyati əhəmiyyət kəsb edir.

Trend xəbərverir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) Hüquqşöbəsinin müdiri Adil Tağıyev Azərbaycan-Gürcüstan Media Forumuçərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə mediaekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunan panelsessiyada çıxışı zamanı deyib.

Şöbə müdiri vurğulayıb ki, informasiya təhlükəsizliyinin təminedilməsi artıq təkcə strateji məsələ deyil, eyni zamanda dövlətinmilli təhlükəsizliyinin, strateji ictimai sabitliyinin və vətəndaşcəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib:

“Bu baxımdan güclü media ekosistemi informasiyatəhlükəsizliyinin təmin olunmasının əsas sütunlarından biri hesabolunur”.

A.Tağıyevin sözlərinə görə, güclü media dedikdə bu gün yalnızgeniş texniki imkanlara malik media qurumları nəzərdə tutulmur:

“Güclü media həm də peşəkar jurnalistika, faktlarınaraşdırılması və geniş ictimai maarifləndirmə deməkdir. Məhz buelementlərin bir araya gəlməsi cəmiyyətdə təhrif olunmuşməlumatların qarşısının alınmasına və vətəndaşların düzgünistiqamətləndirilməsinə şərait yaradır”.

MEDİA rəsmisi əlavə edib ki, müasir dövrdə informasiyatəhlükəsizliyi hər bir dövlətin strateji prioritetlərindən birihesab olunur.

“Rəqəmsal dünyanın sürətlə inkişafı, sosial şəbəkələringenişlənməsi və informasiya axınının artması bir tərəfdən genişimkanlar yaratsa da, digər tərəfdən ciddi təhlükələr formalaşdırır.Bu baxımdan dayanıqlı media ekosisteminin formalaşdırılmasıxüsusilə vacibdir”, - deyə o fikrini tamamlayıb.

Seçilən
53
2
az.trend.az

3Mənbələr