AZ

Süni intellektin lisenziyalaşdırılması məsələsi ən vacib mövzulardan birinə çevriləcək - Ramiliya Əliyeva

Bakı. Trend:

Süni intellekt nə qədər inkişaf edirsə, ənənəvi medianınəhəmiyyəti və cəmiyyətdəki rolu bir o qədər artır.

Trend xəbərverir ki, bunu bu gün Gürcüstanın İctimai Televiziyasının“Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziyaaparıcısı Ramiliya Əliyeva Azərbaycan-Gürcüstan Media Forumuçərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə mediaekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunan panelsessiyada çıxışı zamanı deyib.

Layihə rəhbəri bildirib ki, bu gün dəqiq, obyektiv, məsuliyyətliinformasiyaya olan ehtiyac daha da güclənir. Süni intellekt isə buprosesdə alət ola bilər, amma insan məsuliyyətini, peşəkarjurnalistikanı, faktlara söykənən informasiyanı əvəz edəbilməz.

“Təkcə Azərbaycan və Gürcüstanda deyil, ümumilikdə qlobalmiqyasda süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə, yaxınillərdə süni intellektin lisenziyalaşdırılması məsələsi ən vacibmövzulardan birinə çevriləcək. Çünki bütün informasiya vasitələri,rəqəmsallaşdırılmış platformalar və rəqəmsal ekosistemin özününinkişaf etdiyi bir mühitdə, bu proseslərin müəyyən qaydalar vənəzarət mexanizmləri çərçivəsində idarə olunması artıqzərurətdir.

Biz media nümayəndələri çox yaxşı bilirik ki, lisenziyalaşdırmamedianın fəaliyyətində etimad yaradan əsas elementlərdən biridir.Əgər hər hansı şəxs və ya qurum media subyekti kimi çıxış edirsə,ona göstərilən etimad məhz dövlətin və ya beynəlxalq təşkilatlarıntəqdim etdiyi lisenziya və akkreditasiyalardan qaynaqlanır.

Süni intellekt sahəsində də oxşar mexanizmlərin tətbiqi, yəni AIsistemlərinin lisenziyalaşdırılması gələcək illərdə ən mühimməsələlərdən biri olacaq. Bu həm ictimai etimadı qoruyacaq, həm dəinformasiya təhlükəsizliyini təmin edəcək”, - deyə o fikrinitamamlayıb.

Seçilən
20
az.trend.az

1Mənbələr