AZ

Goldman Sachs-dan mis narədə yeni proqnoz

Qlobal investisiya bankı "Goldman Sachs", misin qiymətinin 11 000 dolların üzərində rekordlar qırmqda davam etməyəcəyini proqnozlaşdır.

"Misdə son dövrdəki qiymət artımının böyük bir hissəsi, mövcud əsas göstəricilərdən daha çox, gələcəkdə bazarda yaranacağı gözlənilən tələb gözləntilərindən qaynaqlanır. Hazırda 11000 dolların üzərindəki rekord səviyyələrin davam edəcəyini gözləyirik ",- Marja.az xəbər verir ki, Bankın analitikləri bildirirblər.

Bu gün London Metal Birjasında (LME) misin qiyməti 11 662 dollar/ton ilə rekord səviyyəyə çatmışdır. Gömrük tarif tətbiq edilməmişdən öncə misin ABŞ-a axını sürətlənib. Bununla əlaqədar olaraq misə qlobal tələb də artıb. 

"Goldman Sachs", gələn ilin ilk yarısı üçün mis qiymət proqnozunu yüksəldib və ABŞ tariflərinin ticarətin qiymətlərini dəstəkləyəcəyini bildirib. Banka görə, ABŞ xaricindəki anbarlarda aşağı ehtiyatlar qiymətlərin artmasını dəstəkləyəcək.

Bankın analitikləri bildiriblər ki, qiymətlər 2026-cı ildə 10 000 - 11 000 dollar/ton aralığında sabitləşəcək.

Seçilən
40
2
marja.az

3Mənbələr