YAP Mingəçevir şəhər təşkilatında Partiya Veteranları ilə görüşü keçirilib -Fotolar
Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2025-ci ildə “Konstitusiya və Suverenlik İli”elan edilməsi ilə bağlı tədbirlərin keçirilməsi davam edir.
aia.az xəbər verir ki, 05 Dekabr 2025-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə bir qrup təqaüddə olan Partiya Veteranlarla çay süfrəsi ətrafında səmimi görüşü keçirildi.
Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev partiya veteranları ilə həmsöhbət olaraq partiyanın Mingəçevirdə yaranma tarixinə nəzər salaraq xatirələrini bölüşdülər. Təqaüddə olan partiya veteranları Süleymanova Raya Cavanşir qızı, Xəlilov Əli Əhməd oğlu, Alıyev Allahverdi Salman oğlu, Yusifov Şahin Qnyaz oğlu və Süleymanov Ramiz Süleyman oğluna Fəxri Fərman və hədiyyələr təqdim edildi. .
Sonda xatirə şəkli çəkdirildi.