AZ

Tanınmış teleaparacılar saxlanıldı - Narkotik əməliyyatı

Türkiyənin İstanbul şəhərində jandarma qüvvələri tanınmış teleaparıcılara qarşı genişmiqyaslı narkotik əməliyyatı həyata keçirib.

“Yeni Sabah” xəbər verir ki, əməliyyat nəticəsində TV aparıcıları Ela Rümeysa Cebeci (Show TV), Meltem Acet (Habertürk TV) və Hande Sarıoğlunun (Beyaz TV) saxlanılıb.

Məlumata görə, Ankarada saxlanılan Hande Sarıoğlu ifadə üçün İstanbula gətirilir. Digər iki spikerin isə İstanbulda nəzarətə alındığı bildirilir.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslər narkotik maddə istifadə etməkdə şübhəli bilinir. Hazırda istintaq davam edir.

Aparılan istintaq çərçivəsində Beyaz TV-nin spikeri Merve Ahu Sarının da ötən həftə narkotik maddə ilə bağlı ittihamla həbs edildiyi də məlum olub. O, Beyaz TV-də yayımlanan “Doğru Yer, Doğru Zaman” proqramında aparıcı kimi fəaliyyət göstərirdi.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
41
1
yenisabah.az

2Mənbələr