Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Qəzza zolağındakı münaqişə tərəfləri və vasitəçilər Fələstin HƏMAS hərəkatı ilə razılaşdırılmış şəkildə silahsızlaşdırılması barədə anlaşmaya gəliblər".
BAKU.WS xəbər verir ki, bu barədə "əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
"HƏMAS-dan ağır silahların mərhələli şəkildə təhvil verilməsi ilə bağlı ilkin razılaşmalar əldə edilib",-deyə məlumatda qeyd olunur.
Məlumata görə, Fələstin təşkilatı ABŞ tərəfinə sülh prosesinin bir hissəsi olaraq Qəzza zolağının idarə olunmasından imtina etməyə hazır olduğunu təsdiqləyib.
Yüksək vəzifəli bir HƏMAS rəsmisi "əl-Ərəbiyyə" telekanalına bildirib ki, Fələstin hərəkatı Qəzza zolağını idarə etməyə davam etmək istəmir və artıq növbəti mərhələdə ərazini idarə edəcək texnokrat komitəsinin yaradılmasına razılıq verib.
O qeyd edib ki, HƏMAS texnokrat qurum üçün təklif olunan bütün adları təsdiqləyib və siyahı ilə bağlı daxildə razılıq mövcuddur: "Danışıqlarda irəliləyişə baxmayaraq, İsrail razılaşdırılmış addımların yerinə yetirilməsinin praktik tərəflərini əngəlləyir".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.