AZ

Dəmir çatışmazlığının səbəbləri və müalicəsifərqlidir

Həkimlər Manjuşa Aqərval və Manişa Arora bildirirlər ki, qanda aşağı dəmir səviyyəsi bir çox fərqli səbəblərlə bağlı ola bilər.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

Arora qeyd edib ki, dəmirin səviyyəsinin aşağı olması pis mənimsəmə, xroniki infeksiyalar və daxili qanaxma səbəbindən baş verə bilər. Həmçinin bol menstruasiya, hamiləlik, seliakiya və bağırsağın iltihabi xəstəlikləri də dəmir çatışmazlığına səbəb ola bilər. Çoxlu çay və qəhvə istehlakı da dəmirin mənimsənilməsinə mane olur.

Aqərval əlavə edib ki, səbəblərin müxtəlifliyini nəzərə alaraq, dəmir çatışmazlığının müalicə üsulları da fərqlidir. O bildirib ki, dəmir əlavələri həmişə təsirli olmur, bəzən isə zərərli ola bilər.

“Onlar qəbizlik, mədə narahatlığı və ya ürək və qaraciyər üçün təhlükəli yüksək dəmir səviyyəsinə səbəb ola bilər,” - deyə həkim vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr