Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran İnqilab Keşikçiləri Korpusu (İİKK) Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən "Şəhid Məhəmməd Nəzəri" adlı hərbi təlim zamanı çoxsaylı ballistik və qanadlı raketlər atılıb.
Bizimyol.info xəbər verir ki, təlimlərin bu mərhələsində ölkənin dərinliklərindən atılan "Qədir-110", "Qədir-380" və "Qədir-303" ballistik raketləri Oman dənizindəki əvvəlcədən təyin olunmuş bütün hədəfləri vurub.
Raket buraxılışları ilə eyni vaxtda pilotsuz uçuş aparatları simulyasiya edilmiş düşmən bazalarına uğurla hücum edib.
İİKK Hərbi Dəniz Qüvvələrinin əsas təlimi dünən başlayıb. Təlim zamanı ABŞ hərbi gəmilərinə xəbərdarlıqlar göndərilib və Nəvvab, Məcid və Misak müdafiə sistemləri elektron müharibə şəraitində uğurla sınaqdan keçirilib. Süni intellektlə dəstəklənən sistemlər hava və dəniz hədəflərini dərhal aşkar edib məhv edib.
İranlı rərbi kspertlər: "İİKK Hərbi Dəniz Qüvvələrinin bu güc nümayişi regional sülh mesajı göndərir və ABŞ-ın və sionist rejimin bölgədəki müdaxiləsinə qarşı açıq bir xəbərdarlıq rolunu oynayır", - deyə qeyd ediblər.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.